“Kyevo”nun müdafiəçisi “İnter”də baxışa
Sloveniyada təlim-məşq toplanışını davam etdirən “İnter” baxışa daha bir futbolçu dəvət edib. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, ampluaca mərkəz müdafiəçisi Daniel Oladır.

30 yaşlı nigeriyalı legioner karyerası ərzində İtaliyanın “Latsio”, “Kyevo” və “Çezena” klublarında çıxış edib. Daha sonra Daniel Bolqarıstan və İndoneziya klublarının şərəfini qoruyub, futbolçunun sonuncu komandası isə Latviya çempionatında mübarizə aparan “Yurmala” olub.

Qeyd edək ki, artıq “İnter”in hazırlığına qatılan Ola 2000-ci ildə “Latsio”nun heyətində İtaliya Superkubokunu, 1 il sonra çempionluğunu qazanıb.

Xəbər 1152 dəfə oxundu.