UFC döyüşündə Ferqyuson Qetjiyə məğlub olub
Mütləq Döyüş Çempionatının (MMA) UFC-249 turniri çərçivəsində əsas döyüşdə amerikalı Castin Qetji həmyerlisi Toni Ferqyusonu məğlub edərək yüngül çəkidə müvəqqəti çempionluq kəmərini qazanıb.

“Azsport.az” xarici KİV-lərə istinadla xəbər verir ki, 31 yaşlı C.Qetji üçün bu qələbə karyerasında 22-ci qələbə olub. 36 yaşlı Ferqyuson isə dördüncü məğlubiyyətini yaşayıb.

C.Qetji çempionluq kəməri uğrunda rusiyalı Həbib Nurməhəmmədovla döyüşəcək.

Bəsti SABİRQIZI


Xəbər 494 dəfə oxundu.