Millətlər Kuboku: Çin və ABŞ komandaları finala vəsiqə qazanıblar
Şahmat üzrə Millətlər Kuboku turnirində qrup mərhələsinin oyunları başa çatıb.

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı dünya yığması qrup mərhələsinin sonuncu – 10-cu turunda Avropa seçməsinə qarşı mübarizə aparıb. Şahmatçımız fransalı Maksim Vaşe-Laqrav ilə heç-heçə oynayıb. Onun çıxış etdiyi komanda da Avropa yığması ilə “sülh bağlayıb”.

Turun digər görüşlərində Rusiya millisi Hindistan komandasına, ABŞ yığması isə Çin şahmatçılarına 2,5:1,5 hesabla qalib gəliblər.

Qrup mərhələsinin oyunlarını birinci yerdə başa vuran Çin komandası 17, ABŞ və Avropa yığmaları hərəyə 13, Rusiya millisi 8, dünya yığması 4 xal əldə ediblər.

Yekun nəticələrə görə, Çin və ABŞ komandaları finala vəsiqə qazanıblar.

Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.


Xəbər 493 dəfə oxundu.