“Barselona”nın gənclərdən ibarət heyəti İspaniyada ən bahalı komandadır
“Transfermarkt” saytı La Liqada çıxış edən klubların ən bahalı heyətə malik gənclərdən ibarət komandalarının reytinq siyahısını hazırlayıb.

Siyahıya 34,02 milyon avro ilə “Barselona” başçılıq edir. İkinci yeri “Real Madrid” klubunun ikinci komandası - “Kastilya” (30,45 milyon) tutub. Sonrakı üç pillədə isə “Atletiko” (16,73 milyon), “Real Sosiedad” (7,35) və “Atletik” (6,95 milyon) komandaları qərarlaşıblar.

Siyahının sonuncu pilləsində isə 800 min avro ilə “Leqanes” klubunun gənclərdən ibarət komandası yer alıb.

Xəbər 494 dəfə oxundu.