NBA: Basketbolçulardan biri koronavirusa yoluxarsa mövsüm təxirə salınmayacaq
Milli Basketbol Assosiasiyası (NBA) oyunları bərpa etdikdən sonra, basketbolçulardan biri koronavirusa yoluxarsa, mövsüm təxirə salınmayacaq.

“Azsport.az” xarici KİV-lərə istinadla xəbər verir ki, NBA-nın rəhbəri Adam Silver mövsümü və sonrakı dövrü bərpa etmək üçün liqa oyunçularının Həmkarlar İttifaqı ilə danışıqlar aparıb. Onun sözlərinə görə, oyunçulardan birində infeksiya aşkar edilərsə, liqa yarışları dayandırmağı planlaşdırmır.
NBA rəhbəri onu da qeyd edib ki, mövsümün bərpası iyun ayından tez baş tutmayacaq.

Çempionat güman ki, iki arenada - Orlando və Las Veqasda başa çatacaq.

Bəsti Sabirqızı


Xəbər 749 dəfə oxundu.