“Qəbələ” avrokuboklarda keçirdiyi 38 oyunda 36 qol vurub
“Qəbələ” futbol klubu avrokuboklarda keçirdiyi 38 oyunda 36 qol vurub.

“Qırmızı-qaralar”ın heyətində 15 futbolçu rəqib qapısına yol tapıb. Bir dəfə isə rəqib komandanın avtoqolu qeydə alınıb.

2014-cü ildən başlayaraq 6 mövsüm UEFA Avropa Liqasında çıxış edən “Qəbələ”nin qitəmiqyaslı turnirdəki ən yaxşı bombardiri Sergey Zenyovdur. Estoniyalı hücumçunun hesabında 6 top var.

İkinci sırada Teo Uiks qərarlaşıb. Avrokubokdakı yeganə het-trikimizin müəllifi ümumilikdə 5 qol vurub. İlk “üçlüy”ü Dodo qapayır. Onun aktivində 4 top var.

Qeyd edək ki, “qırmızı-qaralar”ın altı üzvü 3 və ya daha çox qola imza atıb.

Xəbər 537 dəfə oxundu.