2021-ci il Formula 1 mövsümü razılaşdırılma sazişi olmadan başlaya bilər
“Liberty Media” şirkətinin rəhbəri Çeyz Keri bəyan edib ki, əgər komandaların sahibləri danışıqları və yeni razılaşdırılma sazişini imzalamağa macal tapmasalar belə, Formula 1 çempionatının 2021-ci il mövsümü başlayacaq.

“The Race” portalı Kerinin bu sözlərini sitat gətirir: “Koronavirusla bağlı bütün bu vəziyyət başlayanda biz yeni razılaşdırılma sazişi üzrə müzakirələrin final mərhələsinə yaxınlaşdıq. Bu səbəbdən biz başqa məsələlər barədə düşünə bilmədik. Biz müzakirələri təxirə salmağa və əsas diqqəti 2020-ci ilin problemlərinə yönəltməyə qərar verdik. Bu mövsümün təqvimi ilə bağlı bütün işlər yoluna qoyulacağı və bizim komandalarla yeni texniki reqlamentin şərtləri barədə yekun danışıqlar əldə ediləcəyi təqdirdə dərhal razılaşdırılma sazişinə qayıdacağıq.
Qeyd edim ki, hətta biz danışıqlar aparmağa macal tapmasaq belə, o halda sadəcə deyə bilərik ki, bizim qüvvədə olan reqlamentimiz, qüvvədə olan strukturumuz var. Komandaları fakt qarşısında qoymaq olar - əgər onlar yürüşlərdə çıxış etmək istəyirlərsə, o zaman şərtlər belə olacaq. Qabaqcadan müəyyən olunmuş qaydalar uzunmüddətli perspektivdə sabitliyi təmin edəcək”.


Xəbər 585 dəfə oxundu.