Futbol üzrə Koreya Respublikası çempionatına start verilib
Koronavirus pandemiyasına görə iki aylıq fasilədən sonra Koreya Respublikasında futbol üzrə ölkə çempionatına start verilib.

Çempionatın birinci turunda “Çonbuk Xende Motors” komandası “Suvon Samsung Blyuunqz” klubunu 1:0 hesabı ilə məğlub edib.
Azarkeşsiz təşkil olunan matç dünyanın 36 ölkəsində, həmçinin “YouTube” və “Twitter” vasitəsilə canlı yayımlanıb.

Meydana çıxmamışdan əvvəl futbolçuların hərarəti yoxlanılıb, məşqçilər korpusu və ehtiyat oyunçular tibbi maskadan istifadə ediblər.
Qeyd edək ki, futbol üzrə Koreya Respublikası çempionatına fevralın 29-da start verilməsi idi.


Xəbər 525 dəfə oxundu.