Azərbaycan voleybolçusu Ayşən Abduləzimova karyerasını yenidən Macarıstanda davam etdirəcək
Qadın voleybolçulardan ibarət Azərbaycan yığma komandasının üzvü Ayşən Abduləzimova karyerasını yenidən Macarıstanda davam etdirəcək.

27 yaşlı voleybolçu Macarıstanın “Vaşaş” klubu ilə müqaviləsini yeniləyib. A.Abduləzimova daha bir il “Vaşaş”ın şərəfini qoruyacaq.

2019-cu ilin sentyabrından Macarıstan klubunda çıxış edən voleybolçu “Vaşaş” ilə ölkə kubokunun qalibi olub.


Xəbər 599 dəfə oxundu.