UFC döyüşçüsündə koronavirus aşkarlanıb
UFC-249 turnirinin iştirakçısı, braziliyalı döyüşçü Ronaldo Souzada döyüşdən əvvəl koronavirus infeksiyası üçün götürülən testin nəticəsi müsbət olduğu üçün döyüş baş tutmayacaq.

“Azsport.az” xarici KİV-lərə istinadla xəbər verir ki, mayın 10-da ABŞ-ın Florida ştatında keçirilməli olan döyüşdə R.Souzanın rəqibi amerikalı Uriah Hall olmalı idi.

Qeyd edək ki, 40 yaşlı braziliyalı yalnız komandasının üzvləri ilə təmasda olduğu üçün turnir ləğv olunmayacaq.

Xatırladaq ki, UFC-249 turniri çərçivəsində nəzərdə tutulan döyüşlər mayın 13-ü və 16-sı tarixlərində keçiriləcək.

R.Souza karyerası ərzində keçirdiyi 34 döyüşdən 26-da qələbə qazanıb.

Bəsti Sabirqızı




Xəbər 634 dəfə oxundu.