"Şahmatda onlayn gediş" layihəsinə start verilir
"Şahmatda onlayn gediş" layihəsinə start verilir.

Layihə çərçivəsində "Cavan" Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn şahmat turniri keçirəcək. Turnirin seçmə mərhələsi mayın 9-da, final mərhələsi 10-da baş tutacaq. Yarışın seçmə mərhələsi İsveçrə sistemi üzrə 12 turdan ibarət olacaq. Final mərhələ isə dairəvi sistem üzrə keçiriləcək. İlk mərhələnin yekununda 10 ən yaxşı şahmatçı finala vəsiqə qazanacaq.

Yarışın texniki təşkilatçısı və hakimi Beynəlxalq usta, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Orxan Abdulovdur.

Xəbər 647 dəfə oxundu.