Rüstəm Rəhimov məşhur futbolçu Ələkbər Məmmədov barədə danışacaq
Mayın 9-da AFFA-nın rəsmi “Facebook” səhifəsində təşkil olunacaq canlı yayımda ümumittifaq dərəcəli hakim, hazırda Futbol Veteranları İttifaqının sədr müavini vəzifəsində çalışan Rüstəm Rəhimov görkəmli idman xadimi, məşhur futbolçu Ələkbər Məmmədovla bağlı xatirələrini bölüşəcək.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, R.Rəhimov gənc nəsil futbolçular üçün mərhum futbol ulduzunun həyat yolu və karyerası barədə söhbət açacaq.

Yayım saat 15:00-dan etibarən başlayacaq.

Xəbər 635 dəfə oxundu.