“İnter” U-13 komandaların beynəlxalq turnirini keçirəcək
“İnter” klubu Beynəlxalq Bankın 20 illiyinə həsr olunmuş beynəlxalq turnir keçirəcək. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarış iyunun 25-də başlayacaq və 5 gün davam edəcək.

Turnirdə təvəllüdü 1999-cu il olan futbolçulardan təşkil olunmuş U-13 komandalar mübarizə aparacaq. Yarışa 8 klub qatılacaq. Bunlar ev sahibi “İnter”, Türkiyənin “Samsunspor”, Rusiyanın “Rubin” (Kazan), Gürcüstanın “Dinamo” (Tiflis), Ukraynanın “Karpatı”, İsveçin “Brommapojkarna”, Estoniyanın “Kotkas” və Bolqarıstanın “Slaviya” (Sofiya) klublarıdır.

Qeyd edək ki, yarışın bütün oyunları “Dalğa Arena” stadionunda baş tutacaq.

Xəbər 958 dəfə oxundu.