“Sabah”ın heyətində ən çox oyun keçirən futbolçunun adına aydınlıq gəlib
Azərbaycan Premyer Liqasında ikinci mövsümünü keçirən “Sabah” indiyədək 42 futbolçunun xidmətindən istifadə edib.

Çempionatda oyun sayına görə rekordçu serbiyalı qapıçı Saşa Stamenkoviçdir. Otuz beş yaşlı qolkiper “Sabah”ın heyətində Premyer Liqada 42 oyun keçirib. Qapıçı həm də, klubun heyətində ən çox oyun keçirmiş futbolçudur. O, ümumilikdə 46 matçda komandanın qapısını qoruyub (42 çempionat, 4 kubok).

S.Stamenkoviçin ən yaxın izləyicisi Məqsəd İsayevdir. İyirmi beş yaşlı müdafiəçi 39 qarşılaşmada “ağ-göy” formanı geyinib. Hərəyə 38 oyun keçirmiş Cavid İmamverdiyev və Filip İvanoviç isə bu siyahıda 3-4-cü pilləni bölüşürlər.


Xəbər 608 dəfə oxundu.