Kilian Mbappe Fransa çempionatında mövsümün ən yaxşı bombardiri seçilib
“Paris Sen-Jermen” futbol klubunun hücumçusu Kilian Mbappe Fransa çempionatında 2019-2020-ci il mövsümünün ən yaxşı bombardiri seçilib.

21 yaşlı hücumçu cari mövsümdə 18 qol vurub. “Monako”nun hücumçusu Vissam Ben Yedder onunla eyni sayda qol vurub. Ancaq Yedder 3 qolu penaltidən vurduğu üçün Mbappe ən yaxşı seçilib. “Lion”un futbolçusu Mussa Dembele (16 qol) üçüncü olub.

Qeyd edək ki, Mbappeyə liqanın ən yaxşı bombardiri seçildiyi üçün “Qızıl buts” təqdim olunacaq.


Xəbər 565 dəfə oxundu.