Mayk Taysona 20 milyonluq təklif edilib
Boks üzrə ağır çəki dərəcəsində sabiq mütləq dünya çempionu Mayk Taysona yumruq döyüşündə iştirak etmək təklif olunub.

Məşhur amerikalı boksçu yumruq döyüşü qaydalarına əsasən keçiriləcək qarşılaşmada iştirak edəcəyi təqdirdə 20 milyon ABŞ dolları alacaq.

Bundan əvvəl M.Taysonun xeyriyyə məqsədli döyüşlər üçün rinqə qayıtmaq istədiyi bildirilib.

Amerikalı boksçu karyerası ərzində 58 döyüş keçirib. M.Tayson bu qarşılaşmaların 50-də qələbə (44-ü nokautla) qazanıb, 6-da məğlub olub.

Xəbər 605 dəfə oxundu.