Birinci MDB Oyunlarının loqotipi və talismanı təsdiqlənib
Rusiya Federasiyasının İdman Nazirliyi Birinci MDB Oyunlarının loqotipini və talismanını təsdiq edib.

Yarışların loqotipi Simurq quşu, talismanı isə bəbir olacaq. Oyunların bu il avqustun 20-27-də Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilməsi planlaşdırılır. Yarışlarda 11 ölkədən 14-23 yaşlarında 3,5 minə yaxın idmançının iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, Birinci MDB Oyunlarının keçirilməsi ideyası MDB Dövlət Başçıları Şurasının 2018-ci ildə Tacikistanda keçirilmiş iclasında təsdiqlənib.

AZƏRTAC

Xəbər 585 dəfə oxundu.