Azərbaycan triatlonçusu Rostislav Pevtsov beynəlxalq reytinq cədvəlində mövqeyini qoruyub
Beynəlxalq Triatlon Şurası idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.

Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində mövqeyini qoruyub. Belə ki, hesabında 2394 xal olan R.Pevtsov 31-ci pillədə qərarlaşıb.

Reytinq cədvəlinə fransalı Vinsent Luis liderik edir. İlk üçlüyü İspaniya idmançıları Mario Mola və Fernando Alarza qapayırlar.


Xəbər 585 dəfə oxundu.