Məşhur boksçu Evander Holifild rinqə qayıtmaq istəyir
Boks üzrə sabiq mütləq dünya çempionu Evander Holifild rinqə qayıtmaq niyyətindədir.

57 yaşlı amerikalı boksçu sərgi döyüşlərində iştirak etmək arzusundadır.

E.Holifild karyerası ərzində keçirdiyi 57 döyüşdən 44-də qələbə (29-u nokautla) qazanıb.

Bundan əvvəl Amerikanın digər məşhur boksçusu Mayk Tayson da xeyriyyə məqsədli döyüşlər üçün rinqə qayıtmaq istədiyini açıqlamışdı.

AZƏRTAC

Xəbər 674 dəfə oxundu.