Futbol üzrə Almaniya çempionatının bərpa olunacağı tarix dəqiqləşib
Futbol üzrə Almaniya çempionatının - Bundesliqanın bərpa olunacağı tarix dəqiqləşib.

Almaniya Futbol Liqası çempionatın mayın 16-da bərpa olunacağını açıqlayıb. Çempionatın iyunun 30-da başa çatdırılması planlaşdırılır.

Mayın 16-da “Borussiya Dortmund” - “Şalke” komandası ilə üz-üzə gələcək. “Leyptsiq” isə doğma meydanda “Frayburq” komandasını qəbul edəcək. Turnir cədvəlinin lideri “Bavariya” isə səfərdə “Union Berlin” klubunun qonağı olacaq.

Qeyd edək ki, Bundesliqa martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırılmışdı.

Xəbər 620 dəfə oxundu.