Şahmat üzrə Millətlər Kuboku: dünya yığması Avropa və Çin komandaları ilə qarşılaşacaq
Mayın 7-də şahmat üzrə Millətlər Kubokunun beşinci və altıncı turlarının oyunları keçiriləcək.

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı dünya yığması beşinci turda Avropa, altıncı turda isə Çin komandaları ilə üz-üzə gələcək.

Turun digər oyunlarına gəldikdə isə beşinci turda Hindistan seçməsi Rusiya, ABŞ millisi Çin, altıncı turda Rusiya yığması Avropa, ABŞ isə Hindistan komandaları ilə qarşılaşacaq.

Ötən turların nəticəsinə görə Çin 7 xalla turnir cədvəlinə başçılıq edir. Avropa və ABŞ komandaları 5 xalla ikinci və üçüncü yerləri bölüşürlər. Rusiya 4, dünya yığması 2, Hindistan komandası 1 xal toplayıblar.

Xəbər 584 dəfə oxundu.