Millətlər Kuboku: Teymur Rəcəbov daha bir heç-heçəyə imza atıb | |
Şahmat üzrə Millətlər Kubokunda dünya yığmasının tərkibində çıxış edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov dünənki görüşlərdə olduğu kimi daha bir heç-heçəyə imza atıb. Qara fiqurlarla oynayan T.Rəcəbov bu gün ilk görüşünü Hikaru Nakamuraya qarşı keçirib. Şahmatçımızın yer aldığı dünya yığması isə ABŞ komandasına 1,5:2,5 hesabla məğlub olub. Turun digər oyunlarında Avropa yığması Hindistan komandasına 2,5:1,5 hesabı ilə qalib gəlib, Rusiya komandası Çin yığması ilə “sülh” bağlayıb. Bu gün keçirilən dördüncü turda isə dünya komandası Rusiya, Hindistan təmsilçiləri Çin, Avropa yığması isə ABŞ şahmatçıları ilə qarşılaşır. |
|
Xəbər 597 dəfə oxundu. |
|
|