“Neftçi” “Aston Villa”nı nədə qabaqladı?
Bakının “Neftçi” klubunun yeni transferi braziliyalı Bruno Bertuççi təkcə Azərbaycan çempionunun deyil, həm də bir sıra İngiltərə komandalarının diqqət mərkəzində imiş. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, ötən mövsümü İsveçrənin “Qrasshoppers” klubunda keçirən 22 yaşlı sol cinah müdafiəçisi Premyer Liqa klublarının hədəfində olub. Belə ki, adlı-sanlı “Aston Villa”, həmçinin “Bolton” və “Sanderlend” də Brunoya elçi düşübmüş. Lakin “Neftçi” ingilis klublarını qabaqlayıb və Bruno üçün Azərbaycan çempionu “Aston Villa” dan da üstün olub.

Xəbər 1056 dəfə oxundu.