Niko Hülkenberq: Məqsədim Formula 1-ə qayıtmaqdır
Niko Hülkenberq CNN Sport telekanalına verdiyi müsahibəsi ilə diqqət çəkib.

Azsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, keçən ilin sonunda Renault ilə müqaviləsi başa çatan alman sürücüsü Formula1 üçün darıxdığını və geri qayıtmağa ümid etdiyini bildirib.

“Sonuncu yarışım olan keçənilki Əbu Dabi Qran Prisindən xeyli vaxt keçib. Artıq geri qayıtmaq istədiyimi hiss edirəm. İndiki vəziyyətdə isə hamı yarışların başlamasını gözləyir. Mən buna hazıram. Əsas məqsədim Formula1-ə qayıtmaqdır. Bunun nə vaxt baş verəcəyini indi dəqiq demək mümkün deyil – bir çox nüans var, komandalarla əlaqə saxlayıram və bir şans yaranarsa, mütləq istifadə edəcəm. Aydın məsələdir ki, mübarizəyə imkan verən maşın sürmək istəyirəm. Demirəm ki, qalib gələcəyim maşın olmalıdır, amma ilk onluğa düşə bilməliyəm”- deyə, almaniyalı pilot qeyd edib.

Xəbər 577 dəfə oxundu.