Toni Ferqyuson UFC turnirindən əvvəl koronavirus testindən keçib
Amerikalı MMA döyüşçüsü Toni Ferqyuson döyüç öncəsi koronavirus testindən keçib.

“Azsport.az” “TASS” informasiya agentliyinə istinadla xəbər verir ki, testdən həmçinin amerikalı döyüşçünün bütün komanda üzvləri də keçiblər. Nəticələr daha sonra məlum olacaq.
Qeyd edək ki, T.Ferqyuson mayın 10-na keçən gecə Mütləq Döyüş Çempionatının (UFC) 249 turniri çərşivəsində ABŞ-ın Florida ştatında həmyerlisi Castin Qetji ilə döyüşəcək.
Turnir tamaşaçısız keçiriləcək. Təşkilatın özü dövlət orqanlarından və yerli idman komissiyasından icazə alıb.
Qeyd edək ki, əvvəlcə rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun T.Ferqyusonun rəqibi olacağı nəzərdə tutulmuşdu və döyüş aprelin 19-da planlaşdırılırdı. H.Nurməhəmmədov koronavirus pandemiyası səbəbindən Rusiyadan uça bilmədiyinə görə döyüş ləğv edilib.

Bəsti Sabirqızı

Xəbər 611 dəfə oxundu.