“Barselona” klubunun koronavirus nəticəsində maliyyə itkiləri 120 milyon avrodan çoxdur
İspaniya La Liqasının cari mövsümünün hazırkı lideri “Barselona”nın koronavirus pandemiyası ilə əlaqədar turnirlərin təxirə salınması səbəbindən itkiləri 120-140 milyon avrodur.

Bu haqda klubun vitse-prezidenti Xordi Kardoner “ESPN” kanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, “Barselona” matçlara və klubun muzeyinə bilet satışından 50 milyon, yayım haqlarından 39 milyon, komandanın mağazalarından və kommersiya gəlirlərindən isə 35 milyon avro zərər edib.


Xəbər 584 dəfə oxundu.