Leroy Sane “Bavariya” ilə beşillik müqavilə imzalayıb
İngiltərənin “Mançester Siti” klubunun almaniyalı hücumçusu Leroy Sane Münxenin “Bavariya” komandası ilə razılığa gəlib.

Bu barədə “Get German Football News” nəşri məlumat yayıb.
Münxen təmsilçisi artıq 24 yaşlı futbolçu ilə beşillik müqavilə imzalayıb. Hazırda müqavilənin təfərrüatları açıqlanmır.
Qeyd edək ki, Leroy Sane 2016-cı ildən “Mançester Siti” klubunun şərəfini qoruyub. Ötən il avqustun 4-də İngiltərə Superkuboku uğrunda “Liverpul” ilə qarşılaşmada zədələnən futbolçu 2019-2020-ci il mövsümündə çıxış edə bilməyib. L.Sane yanvarın sonunda komanda ilə məşqlərə başlayıb.

AZƏRTAC

Xəbər 583 dəfə oxundu.