Bu gün şahmat üzrə Millətlər Kubokunda üçüncü və dördüncü turların oyunları keçiriləcək
Onlayn qaydada keçirilən şahmat üzrə Millətlər Kubokunda mayın 6-da üçüncü və dördüncü turların görüşləri keçiriləcək.

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun da qatıldığı dünya yığması üçüncü turda ABŞ komandası ilə mübarizə aparacaq. Bu mərhələdə Rusiya komandası Çin, Avropa yığması Hindistan şahmatçıları ilə üz-üzə gələcəklər.

Dördüncü turda dünya komandası Rusiya yığması ilə qarşılaşacaq. Bu turun digər oyunlarında Hindistan təmsilçiləri Çin, Avropa yığması isə ABŞ şahmatçılarını sınağa çəkəcək.
Qeyd edək ki, dünya yığması birinci turda Çin yığmasına 1:3 hesabı ilə məğlub olsa da, ikinci turda Hindistan komandası üzərində 2,5:1,5 hesablı qələbə qazanıb.


Xəbər 512 dəfə oxundu.