“Qəbələ”nin 71 futbolçusu qitə miqyaslı turnirdə meydana çıxıb
2014-cü ildən avrokubokların daimi iştirakçısına çevrilən “Qəbələ”nin 71 futbolçusu qitə miqyaslı turnirdə meydana çıxıb.

Ardıcıl 6 mövsüm UEFA Avropa Liqasında qüvvəsini sınayan “qırmızı-qaralar”ın oyun sayında rekordçusu Dmitri Bezotosnıdır. Ukraynalı qapıçı 32 avrokubok matçında komandamızın şərəfini qoruyub. İkinci göstəriciyə malik olan Vojislav Stankoviç ondan üç oyun geri qalır. 3-cü yerə Rikardinyo və Sergey Zenyov şərikdir. Onların hərəsinin hesabında 27 matç var. Yerli futbolçular arasında Asif Məmmədovla Rəşad Sadiqov öndədir. Onlar 22 avrokubok qarşılaşmasının iştirakçısı olublar.

Ümumilikdə 11 futbolçu 15 və ya daha çox oyunda meydana çıxıb.


Xəbər 593 dəfə oxundu.