Futbolçu komanda yoldaşları ilə görüşərkən əl sıxdığına görə cəzalandırılıb
Almaniya Bundesliqasının “Herta” futbol klubu hücumçu Salomon Kalu komanda yoldaşları ilə görüşərkən əl sıxdığına görə məşqdən kənarlaşdırılıb.

“Azsport.az” saytı xarici KİV-lərə istinadla xəbər verir ki, futbolcu oyuncularla əl sıxıb görüşdüyü videonu sosial şəbəkələrdə yerləşdirdiyinə görə cəzalandırılıb. ”Herta” klubu öz növbəsində koronavirus pandemiyası, o cümlədən sosial məsafəni qorumaqla əlaqədar tövsiyələrə ciddi əməl etdiyini, lakin S.Kalunun bunları pozduğunu qeyd edib. Futbolçu artıq üzr istəyib.

Bəsti Sabirqızı

Xəbər 656 dəfə oxundu.