UEFA Avro-2020 oyunlarına alınan biletlərin pulunun qaytarılması prosesinə başlayıb | |
Azarkeşlər mayın 5-dən etibarən futbol üzrə 2020-ci il Avropa çempionatının oyunlarına alınan biletlərin pullarını geri qaytara bilərlər. Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb. Müvafiq proseduru UEFA-nın rəsmi portalı vasitəsi ilə həyata keçirmək olar. Həmçinin əvvəllər əldə olunan biletlər 2021-ci ildə keçirilməsi planlaşdırılan turnirin oyunlarında da istifadə edilə bilər. Qeyd edək ki, 2020-ci il futbol üzrə Avropa çempionatının oyunlarının iyunun 12-dən iyulun 12-dək keçirilməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyası səbəbindən turnir 2021-ci ilin yayına keçirilib. Çempionat 12 şəhərdə, o cümlədən Bakıda keçirilməlidir. |
|
Xəbər 606 dəfə oxundu. |
|
|