Teymurun komandası ilk qələbəsini qazandı
Şahmatçıların onlayn keçirilən Millətlər Kubokunda ikinci tur keçirilib.

Azsport.az saytı xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun da yer aldığı dünya yığması Hindistan komandasına 2,5:1,5 hesabı ilə qalib gəlib. Teymur Rəcəbov 1-ci lövhədə Vişvanatan Anandla heç-heçə edib. Əlirza Firuzcanın Pentala Harikrişna, Mariya Muzıçukun da Hampi Koneru ilə bərabərliyə qaldığı halda, Xorxe Korinin Baskaran Adiban üzərində qələbəsi dünya yığmasının qələbəsini təmin edib.

Turun digər qarşılaşmalarında ABŞ Rusiyaya, Çin isə Avropaya 3:1 hesabı ilə qalib gəlib.

2 turdan sonra Çin yığması 4 xalla liderdir. ABŞ komandası 3 xalla 2-ci, dünya yığması 2 xalla 3-cü yerdədir. Hindistan, Rusiya və Avropa komandalarının 1 xalı var.



Xəbər 623 dəfə oxundu.