Xames Rodriqez karyerasını “Atletiko Madrid”də davam etdirmək istəyir
“Real Madrid” klubunun kolumbiyalı hücumçusu Xames Rodriqez karyerasını “Atletiko Madrid” komandasında davam etdirmək istəyir.

Bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, “Atletiko Madrid” klubu futbolçunu keçən transfer pəncərəsində heyətinə qatmaq istəsə də, “Real”ın prezidenti Florentino Peres onu satmaqdan imtina etmişdi.
X.Rodriqezin “Real Madrid” klubu ilə müqaviləsi 2021-ci ilin yayına qədər qüvvədədir.

Cari mövsümdə yeddi oyunda meydana çıxan kolumbiyalı futbolçu bir dəfə fərqlənib.


Xəbər 591 dəfə oxundu.