Yüz milyon avrodan imtina edən Neymar Parisi tərk etmək arzusundadır
“Paris Sen-Jermen”in hucumçusu Neymar "Barselona"ya qayıtmaq üçün hətta 100 milyon avrodan imtina edib.

“Azsport.az” saytı “Gazeta.ru”ya istinadla xəbər verir ki,“PSJ”-nin lideri Neymar fransızlarla müqaviləni yeniləmək fikrində deyil. Braziliyalı “PSJ” sahiblərindən nəinki 100 milyon avro bonusu rədd edib, həm də maaşının iki qat azaldılmasına razı olub. Bunun səbəbi isə hücumçunun 2017-ci ildə tərk etdiyi “Barselona”ya qayıtmaq arzusudur.

Fransız klubunun sahibləri braziliyalı ulduzun komandada qalması üçün çox çalışır və hətta liderinə "sadiqlik bonusu" olaraq əlavə olunan 100 milyon avro ilə müqaviləni uzatmağı təklif ediblər. Neymar bu təklifi rədd etməklə 2013-cü ildən 2017-ci ilə qədər oynadığı “Barselona”ya transfer olmaq niyyətini bir daha sübut edib.

Maraqlıdır ki, 28 yaşlı oyunçu Parisdən ayrılmağa o qədər can atır ki, hətta maaşını yarıya endirməyə belə razıdır.
Aydındır ki, braziliyalı yenidən özünü “Barselona”da sınamağa can atır və bu sadiqlik futbol ictimaiyyətində yüksək qiymətləndirilir. Belə ki, məşhur məşqçi, dünya çempionu Luis Felipe Skolari bu yaxınlarda keçmiş oyunçunun Kataloniyaya getməsinin vacibliyini bildirib: "Neymara demək istəyirəm ki, “Barselona”ya qayıtsın. Bu baş verərsə, o, yenidən dünyanın ən yaxşısı olmaq fürsəti qazanacaq”. Ancaq görünür, “Barselona”nın özü belə bir ssenariyə hələ hazır deyil.

Fakt budur ki, koronavirus səbəbindən “Barselona” keçmiş futbolçusuna sadəcə pul qazandıra bilməz. Bütün bunlardan sonra, 2017-ci ildə Neymarı 222 milyon avroya satın alan “PSJ” əsas aktivin ayrılmasından maksimum fayda götürməyə çalışacaq.

Proqnozlara görə Neymarın “Barselona” ilə çoxdan gözlənilən görüşü üçün şanslar var.

Bəsti Sabirqızı

Xəbər 645 dəfə oxundu.