İngiltərədə futbol matçlarında vaxtın azaldılması təklif olunub | |
Peşəkar Futbolçular Assosiasiyasının (PFA) prezidenti Qordon Teylor İngiltərədə matçların vaxtının azaldılması ilə bağlı təklif aldıqlarını və hazırda bu məsələnin müzakirə edildiyini bildirib. Q.Teylor bu barədə deyib: “Gələcəyi proqnozlaşdıra bilmərik, amma müxtəlif təklifləri nəzərdən keçiririk. Onlardan biri də oyunlarda çoxlu əvəzləmələr və qarşılaşmada vaxtın azaldılmasıdır. Bu məsələlərlə bağlı düzgün qərar qəbul etmək istəyirik”, - deyə Q.Taylor bildirib. Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də koronavirus pandemiyasına görə dayandırılıb. |
|
Xəbər 597 dəfə oxundu. |
|
|