10 müxtəlif trasda ümumilikdə 14-15 yarış keçiriləcək
McLaren Group-un rəhbəri Zek Braun mövsümün Şpilberqdə başlaması və gözlənilən risklər barədə ictimaiyyətə məlumat verib.

Azsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, Z.Braun bu il 10 müxtəlif trasda ümumilikdə 14-15 yarış keçirəcəyini bildirib.

O, həmin müddətdə virusun yenidən baş qaldıraracağı təqdirdə geri addım atılacağını da qeyd edib:”Bizim idmanımızdakı əsas problem odur ki, müxtəlif ölkələrə səyahət etməli oluruq – bu, daima risklidir. Belə bir vəziyyətdə mümkün qədər az ölkəyə getmək və eyni yerdə daha çox yarış keçirmək fikri məntiqlidir. Ən azından, Avstriya və Britaniya üçün hazırki plan belədir. Şpilberq sanki xüsusi olaraq bunun üçün yaradılıb. Trasın yaxınlığında mülki uçuşların olmadığı, böyük şəhərlərdən uzaq kiçik hərbi hava limanı var. Avstriyada hər şey qaydasında getsə, bu, bütün dünya üçün müsbət siqnal olacaq”.

Aynurə

Xəbər 568 dəfə oxundu.