Qol qeydi texnologiyası dünya çempionatından tətbiq olunacaq
FİFA prezidenti Yozef Blatter növbəti dəfə avtomatik qol qeydi sisteminin Braziliyada keçiriləcək 2014-cü il dünya çempionatından etibarən tətbiq edilməyə başlayacağanı təsdiqləyib. İdman.com.az saytı xəbər verir ki, təşkilat rəhbəri Uruqvayda rəsmi səfərdə olarkən belə deyib:

«FİFA Cənubi Afrika Respublikasındakı dünya çempionatı zamanı Almaniya – İngiltərə matçında üzləşdiyimiz vəziyyətin təkrarlanmasını istəmir. Braziliyadakı mundialda bu texnologiya istifadə olunacaq».

İyulun 5-də Sürixdəki xüsusi toplantıda futbol qanunverici orqanı olan Beynəlxalq Futbol Assosiasiyaları Şurasında (İFAB) qapıya vurulan qolun və qeydə alınmasının yeni sistemi məsələsi barədə yekun qərar qəbul ediləcək. 9 aylıq testlərdən sonra təsdiq olunmağa namizədlər «GoalRef» və «Hawk Eye» olacaq.

Xəbər 1175 dəfə oxundu.