“Ferrari”-nin Fettelə ikinci təklifi
Ferrari komandası ilk birillik müqaviləni rədd edən pilot Sebastyan Fettelə ikinci dəfə təklif edib.

Azsport.az xəbər verir ki, bu barədə La Gazetta dello Sport nəşri yazıb. İtalyan nəşrinin məlumatına görə, yeni müqavilədə maaş yenə də Leklerin aldığı qədər – 12 milyon dollar nəzərdə tutulub (Fettelin əvvəlki müqavilə üzrə maaşı 30 milyon dollardır), lakin müddəti bir neçə illikdir. İndi isə Sebastyanın hansı qərarı verəcəyi gözlənilir. Əgər komandadan getsə, onu əvəzləmək üçün ən real namizədlər Daniel Rikkardo və Karlos Saynsdır.

Qeyd edək ki, “Ferrari”-nin dördqat dünya çempionuna etdiyi ilk təklif az maaşlı və birillik idi. Lakin Fettel bunu “zarafat” adlandıraraq imtina etmişdi.

Aynurə



Xəbər 579 dəfə oxundu.