“Kəpəz” klubunun dəyişilməz rekordu
Futbol üzrə Azərbaycan çempionatlarında indiyədək beş oyunda 10 top fərqi ilə nəticələr qeydə alınıb.

“Neftçi” və “Kəpəz” klubları hərəyə iki, “Turan” komandası isə bir dəfə belə böyük hesabla qalib gəlib. Bu göstərici üzrə mütləq rekord Gəncə klubuna məxsusdur.

“Kəpəz” klubu “Şəmkir”i 12 top fərqi ilə məğlub edib – 14:2. “Neftçi” komandası ən böyük quru hesabın müəllifidir. Bakılılar “Şahdağ”ın qapısından 11 cavabsız top keçiriblər. “Ağ-qaralar” həm də səfərdə ən böyük hesabla qalib gələn komandadır. “Neftçi” Sumqayıtda “Xəzər”in qapısına 10 cavabsız top vurub. “Turan” eyni hesabla “Kürmük”ə qalib gəlib. İki ağır məğlubiyyət alan “Şahdağ” Gəncədə “Kəpəz”ə qol vursa da, 10 top fərqi ilə məğlub olub.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar dayandırılan cari mövsümdə ən böyük hesablı nəticə fevralın 15-də oynanılan “Zirə” – “Qarabağ” (0:6) görüşündə qeydə alınıb.


Xəbər 585 dəfə oxundu.