“Barselona” klubu Lionel Messi ilə yeni müqavilə imzalamağa hazırlaşır
İspaniyanın “Barselona” klubu argentinalı hücumçusu Lionel Messi ilə yeni müqavilə imzalamaq üçün danışıqlara başlamağa hazırlaşır.

Bu haqda “Marca” nəşri xəbər yayıb.

Nəşrin məlumatına görə, tərəflər hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq Messi ilə yeni müqavilə imzalamaq üçün danışıqlara yaxın günlərdə start verəcəklər.
Kataloniya təmsilçisinin rəhbərliyi digər əsas oyunçusu - uruqvaylı Luis Suares ilə də müqavilənin müddətini uzatmaq fikrindədir. Uruqvaylı hücumçunun da “Barselona” klubu ilə müqaviləsinin müddəti 2021-ci ildə başa çatacaq.

AZƏRTAC

Xəbər 615 dəfə oxundu.