“Premyer Liqa mövsümünü ləğv etmək “Liverpul”a qarşı haqsızlıq olardı”
İngiltərə Premyer Liqasının ləğvi “Liverpula” qarşı haqsızlıq olardı.

“Azsport.az”saytı “Qazeta.ru”ya istinadla xəbər verir ki, bu sözləri London “Tottenhem”inin və Fransa millisinin qapıçısı Hugo Loris Premyer Liqanın cari mövsümdə ləğvi ehtimalına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, “Liverpul” şərtsiz olaraq İngiltərənin ən yaxşı komandasıdır. Buna görə “Liverpul”u potensial çempionluq titulundan məhrum etmək Yurgen Kloppun komandasına qarşı münasibətdə qəddarlıqdır.

Qapıçı onu da bildirib ki, yekun cədvəlin tamamlanması üçün hər kəs mövsümün bərpa edilməsini istəyir.
Bəsti Sabirqızı




Xəbər 650 dəfə oxundu.