Üzgüçülük üzrə dünya çempionatı təxirə salınıb
2021-ci ildə Yaponiyanın Fukuoka şəhərində keçirilməsi planlaşdırılan su idmanı üzrə dünya çempionatı təxirə salınıb.

Dünya çempionatının 2022-ci il mayın 13-dən 29-dək keçirilməsi nəzərdə tutulur. Çempionatın vaxtının dəyişdirilməsi Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınması ilə bağlıdır.

Qeyd edək ki, bu il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio Olimpiadası koronavirus pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn il iyulun 23-də start götürəcək Olimpiada avqustun 8-dək davam edəcək.

Xəbər 828 dəfə oxundu.