Mbappe PSJ-də Neymar qədər maaş alacaq
“Paris-Sen-Jermen” (PSJ) klubunun rəhbərliyi Fransa millisinin hücumçusu Kilian Mbappeyə Neymar qədər maaş təklif edib.
“Azsport.az” saytı xarici KİV-lərə istinadla xəbər verir ki, PSJ rəhbərliyi K.Mbappeni öz sıralarında saxlamağa cəhd edir. Paytaxt klubu 21 yaşlı hücumçu ilə yeni müqavilə imzalamaq niyyətindədir. Belə ki, artıq oyunçuya təklif olunan yeni şərtlərə görə, Mbappe həftədə 600 min avro alacaq. Onun maaşı klubun və Fransa Liqasının ən yüksək əmək haqqısına sahib olan braziliyalı Neymarın maaşı ilə eyni olacaq.

Qeyd edək ki, bu mövsüm 21 yaşlı hücumçu 18 qol vurub və Liqa 1-in 20 matçında 5 nəticəli ötürmə edib.

Fransa çempionatı koronavirus pandemiyası səbəbi ilə aprelin 30-da vaxtından əvvəl tamamlanıb və PSJ ölkə çempionu olaraq tanınıb.

Bəsti Sabirqızı

Xəbər 613 dəfə oxundu.