Oyunçularının ümumi dəyərinə görə klubların yeni reytinqi təqdim olunub
Koronavirus pandemiyası səbəbindən qiymətlərin endirilməsindən sonra futbolçuların ümumi dəyərinə görə klubların yeni reytinqi təqdim edilib.

“Azsport.az”saytı TASS informasiya agentliyinə istinadla xəbər verir ki, reytinqə “Manchester City” başçılıq edir. Onun oyunçuların ümumi dəyəri 1,2 milyard avrodur. “Manchester City” hazırda oyunçularının ümumi dəyəri 1 milyarddan artıq olan yeganə klubdur. İkinci yerdə başqa bir ingilis klubu – “Liverpul” (967 milyon avro) qərarlaşıb. Üçüncü pilləni isə İspaniyanın “Real Madrid” (888 milyon avro) klubu tutur.

İlk onluğa İspaniyanın "Barselona" (852,7 milyon avro), Fransanın "Paris Sen-Jermen" (843,7 milyon avro), Almaniyanın "Bavariya" (756,6 milyon avro), İspaniyanın "Atletiko" (709 milyon avro) klubları daxildir. Onluğa, eləcə də, ingilis klubları - “Tottenhem” (699 milyon avro), “Çelsi” (679,9 milyon avro) və “Mançester Yunayted” (646,7 milyon avro) daxildirlər.

Bəsti MƏMMƏDOVA

Xəbər 606 dəfə oxundu.