Beynəlxalq Stolüstü Tennis Federasiyası yarışların bərpa müddətini iyulun sonunadək uzadıb
Beynəlxalq Stolüstü Tennis Federasiyası (ITTF) koronavirusa görə yarışların bərpa müddətini iyulun sonunadək uzadıb.

ITTF rəhbərliyi avqust ayında turnirlərlə bağlı qərarını açıqlayacaq.

Bildirilib ki, Dünya Veteranlar Turu (WVT) və Stolüstü Tennis X (TTX) yarışlarının qalan hissəsi ləğv olunub.
ITTF İcraiyyə Komitəsi növbəti dəfə iyunun 2-də bir araya gələcək.

Xəbər 680 dəfə oxundu.