Karlsen öz turnirini qazandı
Dünya çempionu Maqnus Karlsen dəvəti ilə keçirilən onlayn şahmat turnirinə yekun vurulub.

Azsport.az saytı xəbər verir ki, final görüşündə norveçli Karlsen ABŞ şahmatçısı Hikaru Nakamura ilə qarşılaşıb. 2,5:1,5 hesabı ilə qalib gələn Karlsen turnirin qalibi olub. O, həmçinin turnirin 250 min dollarlıq mükafat fondundan 70 min dollar qazanıb.

Xəbər 618 dəfə oxundu.