MOK yeni layihəyə start verdi
Milli Olimpiya Komitəsi və CBC Sport telekanalı ölkənin teleməkanında yeni layihəyə - “Olimpiya günləri” verilişinə start verib.

Azsport.az saytı xəbər verir ki, tamaşaçılara tam fərqli formatda təqdim olunan proqramda Azərbaycanın Olimpiya oyunlarında iştirakının tarixi, milli olimpiyaçılarımızın qələbəyə aparan yolu, tanınmış idmançılar, eləcə də MOK və federasiya rəhbərləri, habelə Beynəlxalq Olimpiya hərəkatının görkəmli nümayəndələri, həmçinin idmanla məşğul və ya bağlılığı olan tanınmış simalarla maraqlı söhbətlərin planlaşdırıldığı proqramın tək idman ictimaiyyəti üçün deyil, bütün televiziya tamaçaçıları üçün cəlbedici olması nəzərdə tutulub.

Proqramda Olimpiya idman növləti ilə bağlı yeniliklər və maraqlı hadisələr haqqında məlumat verləcək, milli atletlərimizin gündəlik həyatı, məşqləri, maraq dairələri ilə bağlı mövzulara toxunulacaq.

Tamaşaçılar üçün hədiyyəli viktorinaların təşkil olunacağı proqram həftənin şənbə günləri saat 12:00-da yayımlanacaq.

Xəbər 872 dəfə oxundu.