“Barselona” Avropada ən çox ötürmə verən komanda olub
“Transfermarkt” saytı “Instagram” hesabında 2019-2020-ci il mövsümündə Avropada ən çox ötürmə verən komandaların adlarını açıqlayıb.

Siyahının birinci pilləsində İspaniyanın “Barselona” klubu qərarlaşıb. Kataloniya təmsilçisinin futbolçuları ortalama hər matçda 684 ötürmə verib. İkinci yerdə İngiltərənin “Mançester Siti” (676) komandası, üçüncü sırada isə Almaniyanın “Bavariya” klubu yer alıb (673).

AZƏRTAC


Xəbər 573 dəfə oxundu.