“Biz birlikdə güclüyük” adlı onlayn şahmat turnirinin qalibləri müəyyənləşib
Şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisinin üzvü Rauf Məmmədovun təşəbbüsü və dəstəyi ilə “Biz birlikdə güclüyük” adlı onlayn turnir keçirilib.

17 yaşadək şahmatçıların iştirak etdikləri yarış İsveçrə sistemi üzrə təşkil edilib və 11 turdan ibarət olub. Oyunlar Rauf Məmmədov tərəfindən canlı olaraq şərh edilib.

Yarışda ən yüksək nəticə əldə edən Xəzər Babazadə ümumi hesabda birinci yeri tutub. Elmar Atakişiyev ikinci, Mələk İsmayıl üçüncü pillələrdə qərarlaşıblar. Qızlar arasında Aysel Cəfərova, 12 yaşadək şahmatçılar arasında Əli Süleymanov birinci yeri tutublar.
Qeyd edək ki, R.Məmmədov tərəfindən ayrılan 500 manat mükafat fondu ümumi turnirdə ilk 10 yeri tutan və eyni zamanda, qızlar və 12 yaşadək uşaqlar arasında ilk pillədə qərarlaşan şahmatçılar arasında bölüşdürülüb.


Xəbər 649 dəfə oxundu.