Portuqaliya Futbol Federasiyası II Liqanın klublarına bir milyon avro ayıracaq
Portuqaliya Futbol Federasiyası (FPF) II Liqanın klublarına bir milyon avro ayıracaq.

Federal orqan tərəfindən verilən bu məbləğ fondun klub stadionlarının şəraitini yaxşılaşdırmaq üçün ayırdığı vəsaitin bir hissəsidir və müstəsna hallarda digər məqsədlər üçün istifadə oluna bilər.

İnfrastruktur Fondunun vəsaiti Portuqaliya Peşəkar Futbol Liqasının (LPFP) və FPF-in 500 min avroya bərabər illik ödənişi ilə bir yerdə bir milyon avro təşkil edir.

AZƏRTAC

Xəbər 547 dəfə oxundu.